525.Az

Eyvaz Zeynalovdan yeni kitablar


 

Eyvaz Zeynalovdan yeni kitablar<b style="color:red"></b>

Yazıçı Eyvaz Zeynalovun "Xan" nəşriyyatında 2 kitabı işıq üzü görüb. Onlardan biri "Yol ayrıcında" adlanır və türkdilli yazıçıların əsərlərindən ibarət antologiyadır.

Burda türkdilli yazıçılardan 18 nəfərin hər birindən bir kiçik hekayə verilib. Eyni zamanda, hər bir yazıçı haqqında qısa məlumat və şəkil var.

Hekayələri o, müxtəlif vaxtlarda Türkiyə türkcəsindən və rus dilindən çevirib.

İkinci kitab isə "Bahalı şokolad qutusu" adlanır. Kitaba uşaqlar üçün hekayələr, nağıllar, nağıl-povestlər və bir mənzum səhnəcik daxildir.

 





06.04.2018    çap et  çap et