525.Az

"Sən yadıma düşəndə"


 

DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ İLƏ BEYNƏLXALQ UĞAM MƏRKƏZİ GÖRKƏMLİ BƏSTƏKAR ELZA İBRAHİMOVANIN ARADICILIĞINA HƏSR OLUNMUŞ KONSERT TƏŞKİL EDİB

"Sən yadıma düşəndə" <b style="color:red"></b>

Aprel 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Beynəlxalq Muğam Mərkəzinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində keçirilən növbəti konsert görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr olunub. 

"Sən yadıma düşəndə" adlanan konsert proqramında bəstəkarın ən sevilən mahnıları tələbələrin ifasında tamaşaçılara təqdim edilib. 

Gecə "Bakının işıqları" mahnısı ilə başlayıb. Daha sonra "Sənsizliyin içində", "O gözlər", "Sevgilim tut əlimdən", "Bilməzdim", "Mən sənin yanına qışda gələrdim", "Sən yadıma düşəndə", "Qurban verərdim", "Səslə məni", "Daha məndə dözüm yox", "Yalan ha deyil", "Unuda bilməzsən", "Gecələr bulaq başı", "Gəl barışaq", Sən bir nəğmə, mən bir nəğmə", "Bağçadan keçmisən", "Mehribanım" kimi biri-birindən gözəl mahnılar musiqisevərlərə həzz dolu gecə bəxş edib.

Elza İbrahimovaya həsr olunan konsert proqramı dillər əzbəri olan, Vətən haqqında mahnı deyəndə ilk yada düşən  "Ey, Vətən" mahnısı ilə sona çatıb.

Konsert boyu ifaçıları bədii rəhbəri Xalq artisti, professor Zamiq Əliyev olan ADMİU-nun Xalq çalğı alətləri ansamblı müşayiət edib. Konsertin bədii rəhbəri isə Estrada sənəti kafedrasının müdiri Məryəm Babayeva olub.

Xatırladaq ki, "Yeni nəsil dəvət edir" layihəsi fevral ayının 8-də Beynəlxalq Muğam Mərkəzində  start götürüb və iyul ayına kimi davam edəcək.

 





06.04.2018    çap et  çap et