525.Az

"Son 2-3 ildə İraqdan Azərbaycana gələn turistlərin sayı artıb"


 

"Son 2-3 ildə İraqdan Azərbaycana gələn turistlərin sayı artıb"<b style="color:red"></b>

“Azərbaycan və İraq arasında yaxşı əlaqələr var. İraqın Bakıdakı səfirliyi yaxşı işləyir. Azərbaycanın İraqdakı səfirliyinin də fəaliyyəti yaxşıdır. Düşünürük ki, əlaqələrimizi daha da yaxşılaşdıra bilərik”. 

APA-nın məlumatına görə, bunu İraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda deyib. 

O bildirib ki, son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb: "Əgər 4-5 il əvvəl İraqdan Azərbaycana ildə 2-3 min turist səfər edirdisə, indi bu rəqəm 65 minə yaxındır. 

Düşünürəm ki, energetika və kənd təsərrüfatı sahəsində də əməkdaşlığımızı artırmalıyıq. İraq və Azərbaycanın bunun üçün potensialı çoxdur”.

 





06.04.2018    çap et  çap et