525.Az

Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”


 

Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”<b style="color:red"></b>

Dünya ədəbi klassikasında fərdlər arası nəlayiqlik, qeyri etiklik kimi epitetlərə rast gəlinir. Və bu “təsvir” növü XXI əsrdə özünün “püxtələşmə ərazisini” tapıb – Sosial şəbəkə məkanı. Zaman o zaman deyil ki, bu kimi hallarda bir qadın örpəyini atasan və kişilik şücaəti vəcdə gələ və ədəb, şərəf və ləyaqət məkanına baş əyə.

Bəzən də istər ailədə, istər cəmiyyətdə “onun ağzını açma, yola ver” tərbiyə metodu üstünlük təşkil edir. Və etiketsiz davranışlı kəs “yola verildiyi” üçün də “hər cür istifadə imkanlarından bəhrələnməyə alışır”. Diqqət! QHT-lərin nəzərinə. Məhz cəmiyyətdə nəlayiq davranışların reablitsiyası aktualdır.

Ümumilikdə nəlayiq davranış qanunla tənzimlənməlidirmi... İlk öncə hüquqi mahiyyətə diqqət yetirək. Hər fərdin cəmiyyətdə bir vətəndaş intizamı, vətəndaş milləti, yolu, vətəndaş məsuliyyəti olmalıdır... Və bu olmayanda intizam tənbehi, hüquq cəzası zəruriləşir... Sovet “hüquq ensiklopedik lüğəti”ndə (B, 1991, s.474) xuliqanlıq – ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən qərəzli hərəkətlər adlanır. Bu ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərə aid edilir. “Hüquq ensiklopediyası”nda da (B, 2007, s.492) yazılıb: “ Xuliqanlıq İctimai təhlükəsizlik və ya ictimai normanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən... qərəzli yəni təhdid hərəkətidir... Və yaxud yenə həmin ensiklopediyanın 958-ci səhifəsi şantaj haqda yazılıb. “ ... məlumatlar yayma hədəsi ilə nəyisə tələb etmək... Azərbaycan Respublikasının cinayət hüququnda “şantaj cinayətin törədilməsi vasitələrindən biri kimi” müəyyən edilsə də, müstəqil cinayət tərkibi kimi nəzərdə tutulmur”. Sual olunur “niyə?” Birisi ictimai qaydanı pozacaq, hədə, şantaj gələcək... və o ictimai təhlükəli olacaq... Vəssalam!!! Milli qanunvericilikdə olan bir boşluq da budur. Unutmayaq ki, hər bir şəxsin toxunulmazlıq hüququ – insan və vətəndaşların əsas Konstitusiya hüquqlarından biridir. AR Konstitusiyasının 32-ci maddəsində göstərilir ki, hər kəsin toxunulmazlıq hüququ vardır. Və AR Konstitusiyanın 106-cı maddəsində yazılıb: “Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur” (B, 2016, s.41). Və Prezident ölkənin qarantıdır!

Bəs etik davranış nədir? Bu - İctimai həyatın bütün sahələrində insanların əxlaqi davranışını tənzimləyən sosial institutdur. Davranış hər bir kəsin öz hərəkətini nizamladığı, fərdin daxili kimliyini əks etdirən norma, cəmiyyətdə qaydalar məcmusu və ən əsası fərdin özünün özünə hörmətidir. Davranışın səciyyəsi – öz hərəkətini özünün qiymətləndirilməsi əxlaqıdır. Əxlaq mənəviyyatın göstəricisi, əxlaqdan uzaq isə zəiflik, bacarıqsızlıq, özünü qeyri etik davranışla təqdim etmədir...

Hər hansı adi xuliqanlar eləcədə təhdidçilər də eqoist “mənəmlik xülyasında” olur, özlərini yüksək tutur. İstər təhdidçilər, istər ictimai təhlükəlilər sosioloqlara görə, müəyyən yalan vasitələrdən istifadə edirlər.

Bəs “ictimai təhlükəlilərin” və təhdidçilərin əsas sosiopsixoloji xüsusiyyəti nədir? – Asan yolla tez bir zamanda varlanmaq meyli, millətsizliyi, ləyaqət ölçüsüzlüyü, yüngül xasiyyətlilik və ən ümdəsi zəif xarakterlilikdir. Digər baxış bucağından yanaşsaq: məhz bu tipli kifayət qədər siyasi rəqabət gücü olmayan kəslər reallıqda deyil, cansız-virtual məkanda canlanır...

Niyə hüquqi müstəvidə əxlaq, davranış, ləyaqət kateqoriyalarının əks variantına müraciət etdik. Əbəs deyil ki, hər dövlət, onun vətəndaşları öz milli mənəviyyatı, öz kimliyi ilə qürur duyur. Bu qürur hazırda “sosial şəbəkə” adlı “qlobal kənd”də sanki cılızlaşır. Əgər qloballıq vətənindən kənarda vətənini nəlayiqliklə “bəzəməkdirsə”, davranışsızlığın psixologiyası “hüquqsus məkan”da hüquqdan bəhs edib, hüququ pozmaqdırsa, ən əsas ləyaqət, milli kimlik hissi bəs nədir? Hər kəsə təlqin olunmur ki, məcburən rəhbərini istə! İstəkdə şəxsidir – lakin Vətəndaş milləti ol! Bəli, millətçi yox, məhz Avropanın istədiyi vətəndaş milləti ...XXI əsr İKT əsridir t... .XXI əsr virtual ailələr dövrüdür... XXI əsrin bu İKT məkanında nə olardı ki, Avropaya “iero – yəni avro”nu necə qazanmaq yolunu elə Avropalı kimi elit davranışdan başlayardıq...

Virtual məkanda opponentlik çox asan, real həyatda isə rəqib olmaq çətin...Virtual nalayiqlik, etiketsiz davranışın adı nədir? Axı Azərbaycan Qadını örpəyi ortaya atanda Qanlar dayanıb – Örpəyə əyilək, örpəyi qoruyaq... Əgər Azərbaycanlı qadına qarşı artıq-əksik ifadə işlənirsə, O bizə, O 52%-dək Azərbaycan vətəndaşı olan qadınlarımıza deyilir! Bəs “cənnət anaların ayağı altında” idi... Axı hələ də əsirlikdə 25 ildən çox adı belə bilinməyən itkin düşən qadınımız, uşağımız var. Ermənilərin hiyləsinə niyə uyaq...?

Azərbaycanda Sosial şəbəkə məkanı azaddır. Bu sosial virtual dünyada olmazmı o əsir düşən, zorakı vəhşi təcavüzdən abır-həya edib hətta vətəninə geri dönə bilməyənlərə, Halal Torpağımıza Haram qatan daşnaklar əlində haray çəkən, Torpağımıza göz dikənləri yamanlayaq, itənlərimizi arayaq, onlara dəstək olaq... Axı onlar da bizlərin ailə üzvümüzdür...!

Biz nə qədər ki, BIZIMDIR ola bilmiriksə, o qədər də Azərbaycanlığımıza zərər veririk. Yazının əvvəlində hüquqi mahiyyətə, psixoloji anlama nəzər yetirdik... Bu gün ictimai reallıq-siyasi rəqabətdədir, ictimai təhlükəsizlik – məsuliyyətdir... Bu hallara riayət etməmə yalnız “virtual Məkanda”dır – onda virtual məkan ictimai təhlükəlilik yaradırsa, bu “təhlükəli məkan” xəstəliyindən “necə sağalmalı” ... Necə? Hansı yolla... Hansı vasitə ilə...

- Azərbaycan Hamımızındır... Azərbaycanın Dövlət Başçısı, onun Ailəsi də bütöv ictimaiyyətin üzvüdür!

Dövlət başçısı öz ləyaqəti, öz davranışı, öz elit-modernliyi və milliliyi ilə, ailəsi ilə birgə əsil Azərbaycançıdırlar... Müsəlmandırlar... “Qarabağa – Xocalıya ədalət” şüarı ilə Avropada Azərbaycançılığı təbliğ edirlər.

- Azərbaycan Dövlət Rəhbərinin qoruduğu prinsip “güclü dövlət,” amalı “ictimai-siyasi sabitlik”, məqsədi “dinamik rifah və inkişafdır”. İstənilən Məkanda Dövlət Rəhbəri, onun Ailəsi, ən ümdəsi isə Azərbaycan Qadını, milli tərkib, mənəvi imanımız nəlayiqiliyin Hədəfi olmamalıdır! Hədəf – Ermənistan, işğal altında olan Vətən torpağı, əsirlikdə olan qız-gəlin-qadın, uşaq ikən əsir düşüb, Gəncliyini qocaldanlarımızdır...

Professor Əli Həsənov söylədiyi kimi: “Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə müsbət münasibəti müqabilində ... bəzi dairələrin... sui istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə bilməz”.

Narahat oldum... bir elmdə olan Qadın olaraq, bir Ana olaraq, bir Ziyalı olaraq, bir Vətəndaş kimi: - Avropalılıq keçərlidir... Nə qədər “cənnət” olsa da, yenə qürbətdir...

- Virtuallıqda nəlayiqlik M.Ə.Sabir demişkən “yaz gələr artar qəmin, əriyib suya dönərsən”dir...

- Ölkəmizdə ictimai-siyasi sabitlikdir, xaos-inqilabi o isə virtual Məkandadır... Və o Virtual Məkanın şəxsən mən üzvü deyiləm, olmaq məqsədim yox, məntək çoxsaylı Azərbaycan Vətəndaşı da o sosial şəbəkədə yoxdur...

- Sizi görmür, eşitmir, dinləmirik, adicə tədqiqatçıyıq, xəbərlərdən xəbərdar oluruq...

- XXI əsrin İKT-si həm pozitiv, həm də neqativliyi ilə paraleldir... Bu paralellikdə isə sosial şəbəkədə uşaqlarımız da əgər “mavi balina” ovuna düşərsə, onda bəlkə ictimai təhlükəlilərə qarşı Ümumxalq Tənbeh günü keçirək...Bəs ictimai qınaq hanı...?

Bəlamı – Vəbamı bu YouTube, Facebook, Tvitter... Niyə sivil olmaq istəmirik... Niyə ədəblə, siyasi rəqabətlə dialoqa getmirik... Niyə və niyələr tənbehində, tənəsində qınağında səslənirəm: Azərbaycan Dövlət Rəhbərinə, onun nümunəvi Ailəsinə, hər bir Azərbaycan Qadınına, hər bir Azərbaycan ailəsinə hörmət edək, qanunlarımıza da riayət.

Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru
Strategiya.az

 





07.04.2018    çap et  çap et