525.Az

Nazir: "Azərbaycanlı qadın və uşaqlarla bağlı İraqa heyət göndərmişdik"


 

Nazir: "Azərbaycanlı qadın və uşaqlarla bağlı İraqa heyət göndərmişdik"<b style="color:red"></b>

"Burada İraqın xarici işlər nazirinin müavini ilə görüşdük. Bu istiqamətdə işlər görürük. Lakin bu, asan məsələ deyil. Həm də təkcə bizdən asılı məsələ deyil. İraq hökuməti də bunun üzərində işləsin". 

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının aralıq nazirlər konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. 

Nazir bildirib ki, İraq tərəfinin bu məsələdə kömək etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, istintaq aparılır:

"İraq tərəfi hərdən bəyanatlar verir ki, azərbaycanlı uşaqların geri qaytarılmasına kömək etməyə hazırdılar, amma istintaq aparırlar. Uşaqlar haqda düşünürük, araşdırma aparırıq ki, onların burda qohumları var, ya yoxdur. Bu isə vaxt tələb edir. Biz İraqa nümayəndə heyəti göndərmişdik. Orada hər kəslə bir-bir tanış olub, hamısının vəziyyəti ilə xüsusi maraqlanıblar ki, bu məsələləri necə həll edə bilərik".

 





07.04.2018    çap et  çap et