525.Az

XİN: “Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək”


 

XİN: “Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək” <b style="color:red"></b>

Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək. 

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir. 

“Vaşinqtonun Moskva ilə sanksiya dilində danışmaq illüziyalarından qurtulmağının vaxtı çatıb. Əvvəllər də qeyd edildiyi kimi, heç bir təzyiq tədbirləri Rusiyanı seçdiyi yoldan döndərə bilməz. Sanksiyalar yalnız ABŞ-ın qarşısına qoyduğu məqsədə nail ola bilmədiyini nümayiş etdirir və Rusiya cəmiyyətini sıx birləşdirir”, məlumatda deyilir. 

Qeyd edək ki, bu gün ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

 





07.04.2018    çap et  çap et