525.Az

ABŞ Senatında yeni dövlət katibi ilə bağlı dinləmələr keçiriləcək


 

ABŞ Senatında yeni dövlət katibi ilə bağlı dinləmələr keçiriləcək<b style="color:red"></b>

Aprelin 12-də ABŞ Senatının xarici işlər üzrə komitəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Mayk Pompeonun dövlət katibi postuna təsdiqi ilə bağlı dinləmələr keçiriləcək. 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu komitənin sədri Bob Korker bəyan edib. 

Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək  dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb. 

Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini  Con Sallivan icra edir. O bu vəzifəni M. Pompeonun namizədliyi Konqres tərəfindən rəsmən təsdiq edilənədək tutacaq.

 





07.04.2018    çap et  çap et