525.Az

MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlir


 

MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlir<b style="color:red"></b>

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkiləri müşahidə etmək üçün aprelin 8-dən Bakıda olacaq. 

MDB Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqinin Bakı filialından APA-ya verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir. 

Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir. 

Missiya üzvləri aprelin 11-də  Bakı və bölgələrdə olacaqlar. Həmçinin beynəlxalq  müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur. 

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər. 

MDB Parlamentlərarası Assambleyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, missiya üzrə koordinator Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov təyin edilib. Missiyaya 6 MDB ölkəsindən 17 deputat və parlament əməkdaşları daxildir.

 





07.04.2018    çap et  çap et