525.Az

“Sonsuz ömrün yolçusu - Yusif Səmədoğlu”


 

XALQ YAZIÇISI HAQQINDA YENİ KİTAB NƏŞR EDİLİB

“Sonsuz ömrün yolçusu - Yusif Səmədoğlu”<b style="color:red"></b>

Bugünlərdə “Qanun” nəşriyyatında mərhum Xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunmuş “Sonsuz ömrün yolçusu - Yusif Səmədoğlu” kitabı çapdan çıxıb.

Kitabın tərtibçisi və redaktoru fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilova, dəstəkçisi nəvəsi Ziyad Ziyadzadədir.

Kitab “Xatirələr” və “Yaradıcılığa bir baxış” bölmələrindən ibarətdir. İlk xatirə Yusif Səmədoğlunun özününüdür. O, yazısında atası Səməd Vurğunu xatırlayır. Daha sonra Vaqif Səmədoğlunun, qızları Mehriban xanım və Humay xanımın, Xalq yazıçıları Anar və Çingiz Abdullayevin, Xalq şairləri Nəriman Həsənzadə və Sabir Rüstəmxanlının, Vaqif Bayatlı Odərin, Tofiq Abdinin, Azər Abdullanın, Məti Osmanoğlunun, Gülbəniz Əzimzadənin, Həsənağa Turabovun və Həsən Məmmədovun Yusif Səmədoğlu ilə bağlı xatirələri çap olunub.

“Yaradıcılığa bir baxış” adlı ikinci bölmədə tanınmış qələm sahibləri Yusif Səmədoğlu yaradıcılığını müxtəlif səpkidə şərh edirlər. Anar, Tofiq Hacıyev, Nizami Cəfərov, Rüstəm Kamal, Vaqif Yusifli, Nəriman Həsənzadə, Qəzənfər Kazımov, Elmira Axundova, Pərvin, Seyfəddin Hüseynli, Fərid Hüseyn və digərlərinin Y.Səmədoğlunun ədəbi irsi barədə maraqlı fikirləri bu bölmədə öz əksini tapıb.

Kitabın sonunda Yusif Səmədoğlunun “Seçilmiş əsərləri” kitabının təqdimatındakı çıxışlar, “Gündəlikdən sətirlər”, bioqrafik məlumat və ədibin çap olunan əsərlərinin siyahısı verilib.

Şahanə MÜŞFİQ

 





07.04.2018    çap et  çap et