Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyasında vahid namizəd məsələsinə nöqtə qoyulub. “Qafqazinfo” xəbər verir ki, Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı səsvermə keçirilib. 83 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi oldu.
Xatırladaq ki, Rüstəm İbrahimbəyova qədər prezidentliyə namizədliyini 15 nəfər rəsmən irəli sürüb.
1. Müsavat başqanı İsa Qəmbər
2. Ümid Partiyasının sədri İqbal Ağazadə
3. Hüquq müdafiəçisi Vidadi İsgəndərli
4. “EL” Hərəkatının həmtəsisçisi Eldar Namazov
5. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev
6. “İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri İlqar Altay
7. ADP sədri Sərdar Cəlaloğlu
8. KXCP sədri Mirmahmud Mirəlioğu
9. “REAL” Hərəkatının sədri İlqar Məmmədov
10. Azadlıq Partiyasının sədri Əhməd Oruc
11. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
12.İlham Əliyev
13.Elçin Namazov
14. Ərəstun Oruclu
15 Mövsüm Səmədov
çap et