525.Az

Macarıstanda parlament seçkiləri keçirilir


 

Macarıstanda parlament seçkiləri keçirilir<b style="color:red"></b>

Bu gün Macarıstanda parlament seçkiləri keçirilir. 

APA-nın Frans-Press agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 6.00-da açılıb, saat 19.00-da bağlanacaq. 

Macarıstanda səsvermə hüququna malik 7,9 milyon vətəndaş var. Seçkidə əsas mübarizənin baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası, radikal sağ Yaxşı Macarıstan Uğrunda Hərəkat Partiyası, Macarıstan Sosialist Partiyası, yaşıllar, Demokratik Koalisiya Partiyası və  liberallar arasında gedəcəyi gözlənilir. Sosioloji sorğular seçkilərdə 2010-cu ildən ölkəni idarə edən FİDES Partiyasının qalib gələcəyini göstərir.

 





08.04.2018    çap et  çap et