525.Az

Almaniyada avtomobil insanların üstünə sürülüb: 3 ölü, 50 yaralı - Yenilənib


 

Almaniyada avtomobil insanların üstünə sürülüb: 3 ölü, 50 yaralı - <b style="color:red">Yenilənib </b>

Almaniyada yük avtomobilini piyadaların üzərinə sürən sürücü intihar edib. 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olduğunu istisna etmir. 

Qeyd edək ki, Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir. 

*** 07.04.18, 19:44 

Almaniyada sürücünün idarə etdiyi yük avtomobilini insanların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir. 

APA-nın məlumatına görə, bu barədə "FAZ" nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb. 

*** 07.04.18, 19:15

Almaniyada sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. 

APA-nın "Rheinische Post" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. 

"Focus" qəzetinin yazdığına görə, insident nəticəsində xəsarət alanların sayı 50-dən çoxdur. 

Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.

 





08.04.2018    çap et  çap et