525.Az

“Vətən çağırır” layihəsi başa çatdı - Video


 

“Vətən çağırır” layihəsi başa çatdı - <b style="color:red">Video </b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Vətən çağırır” layihəsi başa çatıb.
 
Layihənin əsas məqsədi gənclər arasında multikultural və tolerantlıq dəyərlərinin təbliği, onlara vətənpərvərlik ruhunun aşılanması olub.

Layihə çərçivəsində Zaqatalada saxur, İsmayıllıda lahıc, Qəbələdə udin, Qusarda ləzgi və Lənkəranda talış etnik qruplarının nümayəndələrinin iştirakı ilə çəkilişlər reallaşdırılıb.

Aprel döyüşləri şəhidlərinə ithaf olunan sənədli film vasitəsilə cəmiyyətə ötürülən mesaj – “fərqli din, fərqli dil və mədəniyyətlərə sahib olsaq da bizi birləşdirən dəyər Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın üç rəngli bayrağı altında birləşməyimizdir” olub.

Geniş kütləyə mesajın ötürülməsi, təbliğatın geniş miqyas alması, layihənin davamlılığı və təsir gücünün yüksək olması üçün sosial şəbəkələr vasitəsilə sənədli film sosial şəbəkələr vasitəsilə də yayımlanıb.

Təqdimat zamanı“Vətən çağırır” sənədli filmi nümayiş olunub. Filmin rejissoru Cavanşir Eladisoy, operatoru Taleh Valehovdur.

 





09.04.2018    çap et  çap et