525.Az

Şahin Mustafayev Dünya Turizm Təşkilatının baş katibini qəbul etdi


 

Şahin Mustafayev Dünya Turizm Təşkilatının baş katibini qəbul etdi<b style="color:red"></b>

Dünən Bakıda iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, Ş.Mustafayev Azərbaycanda son illərdə turizmin sürətlə inkişaf etdiyini, ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini, Azərbaycana gələn turistlərin və xarici qonaqların sayının artdığını, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradıldığını diqqətə çatdırıb. Nazir bu sahənin inkişafı üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, turizmin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və ölkəmizin bu sahədə böyük potensialı var: “Azərbaycanda turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi - Azərbaycan Turizm Universiteti fəaliyyət göstərir. Viza rejiminin sadələşdirilməsi turizmin inkişafında önəmli göstəricilərdəndir və hazırda Azərbaycanda tətbiq olunan “ASAN viza” sistemi vasitəsilə turistlərə qeyri-iş günlərindən və tətillərdən asılı olmayaraq 3 saat ərzində viza verilir. Bu isə ölkəmizə gələn turistlərin sayının artmasına böyük təkan verir”.

Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq imkanlarından danışan iqtisadiyyat naziri ölkəmizdə sənayenin müxtəlif sahələri üzrə ixtisaslaşmış parkların fəaliyyət göstərdiyini və turizm sahəsində də belə bir parkın yaradılması imkanlarını diqqətə çatdırıb.

Dünya Turizm Təşkilatının baş katibi Z. Pololikaşvili isə ölkəmizə səfərindən, prezident İlham Əliyev tərəfindən qəbul edilməsindən və aparılan müzakirələrdən məmnunluğunu ifadə edib. Azərbaycanın turizm sahəsində böyük potensialının olduğunu qeyd edən Z.Pololikaşvili ökəmizdə turizmin inkişafına, təmsil etdiyi təşkilatla əməkdaşlığa dair fikirlərini bildirib, Azərbaycanda Beynəlxalq Təhsil Mərkəzinin yaradılmasına, ixtisaslı kadrların hazırlanmasına, regional turizmin inkişafına, bu sahəyə investisiya qoyuluşuna dair layihələrə, təbliğat-təşviqat kampaniyalarına və müxtəlif həvəsləndirici tədbirlərlə bağlı təkliflər səsləndirib.

CEYHUN

 





09.04.2018    çap et  çap et