525.Az

Ermənistanın yeni prezidentinin inauqurasiya mərasimi keçirildi


 

Ermənistanın yeni prezidentinin inauqurasiya mərasimi keçirildi<b style="color:red"></b>

Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə İdman–konsert kompleksində Ermənistan parlamenti tərəfindən xüsusi mərasim təşkil olunub.

Qeyd edək ki, aprelin 2-də A. Sarkisyan ölkənin yeni prezidenti seçilib. A. Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb, əvvəllər Ermənistanın baş naziri olub.

2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarəetmə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.

 





09.04.2018    çap et  çap et