525.Az

ABŞ sanksiyalarına görə rusiyalı milyarderlər 12 milyard dollar itiriblər


 

ABŞ sanksiyalarına görə rusiyalı milyarderlər 12 milyard dollar itiriblər <b style="color:red"></b>

Ötən həftə ABŞ tərəfindən bir sıra rusiyalı oliqarxlara tətbiq olunan iqtisadi sanksiyalar nəticəsində rusiyalı milyarderlər maddi itkilərə məruz qalıb. 

APA-nın məlumatına görə, bu barədə “Forbes” jurnalı yazıb. 

Məlumata əsasən Rusiyanın 50 zəngin iş adamının ümumi itkisi 12 milyard dollar təşkil edib. “Forbes”un 2017-ci il üzrə reytinqinə əsasən 200 zəngin insan içərisində 23-cü yeri tutan Oleq Deripaska ən çox itirən biznesmendir. Onun "RusAl", "En+ Group" şirkətləri sanksiyalardan ciddi zərər görüb və dəyərini xeyli itirib. 

Sanksiya siyahısında olmamasına baxmayaraq, “Forbes” reytnqində 8-ci yerdə qərarlaşan Vladimir Potanin də ciddi itki ilə üzləşib.   

Adı sanksiya siyahısında olan Viktor Vekselberq isə təxminən 1 milyard dollar itirib. 

Xatırladaq ki, aprelin 6-da rəsmi Vaşinqton 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiya tətbiqinə başlayıb.

 





09.04.2018    çap et  çap et