525.Az

Trampla Kim Çen In arasında görüşün vaxtı məlum oldu


 

Trampla Kim Çen In arasında görüşün vaxtı məlum oldu <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş mayda və yaxud iyunun əvvəlində baş tutacaq. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Donald Tramp bildirib. 

Bundan əvvəl Cənubi Koreyanın prezidenti Mun Çje İn ABŞ və KXDR-lə birgə üçtərəfli sammitin keçiriləcəyini istisna etməyib. Qeyd edək ki, 3 ölkə nümayəndələri arasında ilk görüş bu günlərdə Finlandiyada baş tutub.

 





09.04.2018    çap et  çap et