525.Az

Tramp: “Suriyadakı vəziyyətlə əlaqədar hərbi variantlarımız çoxdur”


 

Tramp: “Suriyadakı vəziyyətlə əlaqədar hərbi variantlarımız çoxdur”<b style="color:red"></b>

Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücumla bağlı rəsmi Vaşinqtonun hərbi variantları çoxdur. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. 

“Hərbi cəhətdən planlarımız çoxdur. Bu barədə tezliklə xəbər veriləcək”, - deyə, D.Tramp bildirib.

Onun sözlərinə görə, Duma şəhərində kimyəvi silahdan istifadənin arxasında əslində kimlərin durduğu araşdırılır.

 





10.04.2018    çap et  çap et