525.Az

Ərdoğan: "Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar"


 

Ərdoğan: "Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar"<b style="color:red"></b>

"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm". 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib. 

O bildirib ki, kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, ağır şəkildə cəzalandırılacaq:
 
“Bu istiqamətdə görüşlər və işləri davam etdiririk. Dünən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıq. Bu təmaslar bu gün və sabah davam edəcək”.

 





10.04.2018    çap et  çap et