525.Az

20 yanvar və Qarabağ müharibəsi əlillərinə yeni avtomobillər verilib


 

20 yanvar və Qarabağ müharibəsi əlillərinə yeni avtomobillər verilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə "Naz-Lifan" markalı minik avtomobili verib.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə 120 ədəd avtomobildən 117-si Qarabağ müharibəsi, 3-ü isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.

Yeni minik avtomobillərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, əlil ictimai birliklərinin rəhbərləri iştirak edib.

Tədbirdə bildirilib ki, sosial dövlət statusunu gücləndirən Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilərək getdikcə genişləndirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmaqla, onların həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də həmin insanların minik avtomobilləri ilə təmin olunmasına yönəlib.

Qeyd edək ki,  bu vaxta qədər nazirlik 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaşları minik avtomobili ilə təmin edilib.

Həmin vətəndaşların minik avtomobili ilə təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (www.mlspp.gov.az) təqdim olunan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində həyata keçirilir.

Tədbirdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işlərindən də bəhs edilib. Qeyd olunub ki, bu sahədə də tədbirlər ildən-ilə gücləndirilir. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 mindən çox əlil və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin ediliblər.

CEYHUN

 





10.04.2018    çap et  çap et