525.Az

"Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir"


 

"Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir"<b style="color:red"></b>

"Səsvermədə seçicilərin hamısı gülərüzlə iştirak edirdi. Seçici məsuliyyətini xüsusi vurğulamalıyam. Bu, müsbət haldır". 

APA-nın xəbərinə görə, bunu İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Yoel Razvozov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. 

Səsvermə zamanı demokratik abı-havanın hökm sürdüyünü bildirən parlamentari seçki məntəqələrində veb-kameraların tətbiqinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 

İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak isə qeyd edib ki, seçki təşkilatçılığı yüksək səviyyədə olub: "Azərbaycanda keçirilmiş prezident seçkiləri başqa ölkələrə nümunədir".

 





11.04.2018    çap et  çap et