525.Az

Monako Parlamentinin üzvü: “Heç bir pozuntuya rast gəlməmişik”


 

Monako Parlamentinin üzvü: “Heç bir pozuntuya rast gəlməmişik”<b style="color:red"></b>

“İndiyə kimi heç bir pozuntuya rast gəlməmişik. Hər hansı təzyiq və ya kənar təsirlərin şahidi olmamışıq”. 

Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Monako Parlamentinin üzvü Alen Fisini deyib. 

Üç seçki məntəqəsində olduqlarını vurğulayan Monako Parlamentinin üzvü bildirib ki, barmaq izi, görünməz boyanın istifadəsi kimi prosedurlarla tanış olub, lazımı qeydlərini aparıb: “Müşahidəmizə davam edirik. Hər hansı qayda pozuntusu, yaxud kənar təsir olarsa, təbii ki, onu qeydə alacağıq. Axşama qədər müşahidə aparacaq və bağlanış mərasimində də iştirak edəcəyik”. 

A. Fisini məntəqələrdə prezidentliyə namizədlərin nümayəndələrinin müşahidəçi qismində iştirak etdiklərini qeyd edib: “Bununla bağlı heç bir qanun pozuntusuna rast gəlmədik”.

 





11.04.2018    çap et  çap et