525.Az

“Seçkilər yüksək səviyyədə təşkil olunub”


 

“Seçkilər yüksək səviyyədə təşkil olunub”<b style="color:red"></b>

MDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır. 

Müşahidəçi Marina Jenistova APA-ya açıqlamasında bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub:

“Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar”. 

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın tərkibində 45 məntəqə var. Məntəqələrdən 6-sı N saylı hərbi hissələrdə yaradılıb.

Dairə üzrə ümumilikdə 43330 seçicinin səsvermədə iştirakı gözlənilir.

 





11.04.2018    çap et  çap et