525.Az

“Bu qərarı qəbul etmirik”


 

“Bu qərarı qəbul etmirik”<b style="color:red"></b>

Xalq artisti Nazpəri Dostəliyeva bu gün baş tutan məhkəmədə tərəf müqabili İlhamə Quliyevaya uduzub.

Axşam.az-ın məlumatına görə, müğənni bu qərarı qəbul etməyib. Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev apelyasiya şikayəti verəcəyini deyib:

“Deyirlər, 700 mini endirib 50 min etdilər. Bu, mümkün olmayan bir iddiadır. Biz bu qərarı qəbul etmirik. Çünki ortada bir əsas yoxdur. Məbləğ nə qədər olur-olsun, bunu təmin etmək üçün əsas lazımdır. Buna görə də on gündən sonra Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəyik. Şikayətə yenidən baxılmasını istəyirik”.

 





02.07.2013    çap et  çap et