525.Az

ADMİU-da "Batalyon" sənədli filminin nümayişi oldu


 

ADMİU-da "Batalyon" sənədli filminin nümayişi oldu<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi "Batalyon" sənədli filmi nümayiş olunub.
 
Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" studiyası tərəfindən 1991-ci ildə hazırlanmış film Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır. Filmin çəkilişləri Ağdərə rayonunun düşmən işğalından azad olunmuş ərazilərində aparılıb.

ADMİU-nun professor, müəllim və tələbə heyətinin toplaşdığı  filmin nümayişində,  rejissor və ssenari müəllifi Nizami Abbas özü də iştirak edib. 

Tədbirdə ADMİU-nun Kino və televiziya fakültəsinin  dekanı, dosent Mübariz Məmmədli, Kino-televiziya sənətləri kafedrasının müdiri professor Rafiq Quliyev çıxış edərək belə bir filmə və universitet tələbələri ilə canlı ünsiyyətə görə Nizami Abbasa təşəkkürlərini bildiriblər.

 





11.04.2018    çap et  çap et