525.Az

Moskva Konservatoriyasında Qara Qarayev yad edildi


 

Moskva Konservatoriyasında Qara Qarayev yad edildi <b style="color:red"></b>

P.İ.Çaykovksi adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında XX əsrin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş xatirə gecəsinin birinci hissəsində Qara Qarayevin müəllimi və dostu Dmitri Şostakoviçin "Hamlet" kinofilminə yazdığı musiqidən süita və Qarayevlər sülaləsinin bəstəkarlıq ənənələrinin layiqli davamçısı Fərəc Qarayevin atasının xatirəsinə həsr etdiyi "Vida rapsodiyası" səslənib.

Sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov böyük bəstəkarın yaradıcılığı barədə məlumat verib.

Yubiley gecəsində dirijor Anatoli Levinin rəhbərliyi ilə Moskva Konservatoriyasının Simfonik Konsert Orkestrinin müşayiəti ilə Böyük Teatrın solisti, Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva və beynəlxalq müsabiqələr laureatı Nikita Borisoqlebski çıxış ediblər.

XƏDİCƏ

 





11.04.2018    çap et  çap et