525.Az

Eldəniz Zeynalovun ömür yolu ekranlaşdırıldı


 

Eldəniz Zeynalovun ömür yolu ekranlaşdırıldı <b style="color:red"></b>

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Bizə xatirələr qalacaq" sənədli televiziya filminin istehsalını başa çatdırıb.

Filmdə görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, "Mozalan" kinojurnalından kadrlar yer alıb.

Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissoru Elvin Vəlimətov, operatoru Elşən Bədəlovdur.

XƏDİCƏ

 





11.04.2018    çap et  çap et