525.Az

Putin və Netanyahu Suriyadakı vəziyyəti müzakirə etdilər


 

Putin və Netanyahu Suriyadakı vəziyyəti müzakirə etdilər<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. 

Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı B.Netanyahu bildirib ki, rəsmi Tel-Əviv İranın Suriyada hərbi iştirakına imkan verməyəcək. 

Rusiya prezidenti Suriyanın suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq ölkədə vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıb.

 





12.04.2018    çap et  çap et