525.Az

Lord David Evans: "Səsvermə yaxşı təşkil olunmuşdu"


 

Lord David Evans: "Səsvermə yaxşı təşkil olunmuşdu"<b style="color:red"></b>

"Azərbaycan xalqı prezident seçkilərində böyük fəallıq göstərdi".

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, Böyük Britaniya müşahidə missiyası 7 seçki məntəqəsinə baş çəkib:

"Məntəqələrdə səsvermə prosesi yaxşı təşkil olunmuşdu".

Britaniyalı müşahidəçi qeyd edib ki, seçki prosesinin idarə olunması bütün seçki məntəqələrində eyni olub:

"Biz seçki məntəqələrində olanda proseslər açıq və şəffaf keçirilmişdi".

 





12.04.2018    çap et  çap et