525.Az

Qazaxıstan Senatının üzvü: "Seçkilər tam şəffaf və azad şəraitdə keçib"


 

Qazaxıstan Senatının üzvü: "Seçkilər tam şəffaf və azad şəraitdə keçib"<b style="color:red"></b>

"Prezident seçkiləri tam şəffaf və azad şəraitdə keçib". 

APA-nın xəbərinə görə, bunu Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Senat üzvü deyib ki, onlar bir neçə seçki məntəqəsində müşahidə aparıblar:

"Həqiqətən böyük təşkilati iş aparılmışdı. Hər yerdə gözəl ab-hava var idi. Səsvermənin normal mühitdə keçirilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdü". 

O qeyd edib ki, səsvermə prosesini izlədikləri seçki məntəqələrində səsvermə qanuna uyğun keçirilib və qanun pozuntusu aşkarlanmayıb.

 





12.04.2018    çap et  çap et