525.Az

Necdet Ünüvar: “Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”


 

Necdet Ünüvar: “Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”<b style="color:red"></b>

"Biz dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi".

APA-nın xəbərinə görə, bunu Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.

Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N. Ünüvarın sözlərinə görə, səsvermə zamanı hər hansı qarşıdurma yaşanmayıb:

"Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edirik. Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq".

 





12.04.2018    çap et  çap et