525.Az

GİSDİ: "Seçkilər standartlara uyğun keçirilib"


 

GİSDİ: "Seçkilər standartlara uyğun keçirilib"<b style="color:red"></b>

“Azərbaycan xalqına azad siyasi seçim etmək və sakit mühitdə səs vermək imkanı yaradılmışdı". 

GİSDİ - Azad və Demokratik Seçkilər Uğurunda Vətəndaş Təşəbbüsü Təşkilatının (Bolqarıstan) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatını açıqlayıb. 

APA-nın xəbərinə  görə, GİSDİ missiyasının rəhbəri Mihail Mirçev seçki günü səsvermə prosesinin çox yaxşı təşkil edildiyini və heç bir təzyiq, hədə-qorxu halları  müşahidə edilmədiyini deyib: "Belə qənaətə gəlirik  ki, seçki qutularının  möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə alınmayıb. Səsvermə kabinələri bütün standartlara cavab verirdi və gizli səsvermə üçün şərait yaradılmışdı.  Ümumilikdə, səsvermə  prosesi normal və şəffaf keçib. Bundan başqa, səslərin sayılması,  protokolların hazırlanmasında kiçik çatışmazlıqlar müşahidə edilmişdi ki, bu, seçki nəticələrinə ciddi təsir göstərməyib. GİSDİ 450 seçki məntəqəsində keçirdiyi  müşahidələrin nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, seçkinin nəticələrinə təsir göstərəcək heç bir mənfi hal yaşanmayıb. Azərbaycan xalqına azad siyasi seçim etmək və sakit mühitdə səs vermək imkanı yaradılmışdı". 

Missiya rəhbəri bildirib ki, GİSDİ bütün müşahidəçilərin rəylərini nəzərə alaraq seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini, nəticələrin Azərbaycan xalqının iradəsini ifadə etdiyini bəyan edir.

 





12.04.2018    çap et  çap et