525.Az

"Seçkilərdə heç bir qanun pozuntusu ilə üzləşmədik"


 

"Seçkilərdə heç bir qanun pozuntusu ilə üzləşmədik"<b style="color:red"></b>

"Moldova nümayəndə heyəti olaraq, Azərbaycanda keçirilən prezident seçkilərini izlədik və heç bir qanun pozuntusu ilə üzləşmədik".

APA-nın xəbərinə görə, bunu Moldova parlamenti sədrinin müavini, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vladimir Vitiuc prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

V. Vitiuc qeyd edib ki, seçkilər çox yüksək səviyyədə keçib: "Seçicilərə bərabər şərait yaradılmışdı. Vətəndaşlar öz iradələrini sərbəst ifadə etmək imkanına malik idilər. Biz seçki saxtakarlığının qarşısını alan yeniliklərin də şahidi olduq. Bu mənada Azərbaycan təcrübəsi başqa ölkələr üçün nümunədir. Azərbaycan Mərkəzi Seçki Komissiyası və digər aidiyyəti orqanlar seçkiyə çox ciddi hazırlaşmışdılar. Beynəlxalq müşahidəçilər üçün yaradılan şərait yaxşı idi".

 





12.04.2018    çap et  çap et