525.Az

"Uçan xalça" Avstriya paytaxtında


 

"Uçan xalça" Avstriya paytaxtında<b style="color:red"></b>

Bu gün Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin və Avstriyanın gənc rəssam-tələbələrini bir araya gətirən "Uçan xalça" sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

"Uçan xalça" sərgisi "Crossing" (Kəsişmə nöqtəsi) layihəsinin yekun hissəsidir. Azərbaycan və Avstriyadan olan tələbələrin müxtəlif texnikalarda işlədiyi bu layihə yeddi ay ərzində başa gəlib. Layihə xalçaçılıqda dövrlərin bir-biri ilə əlaqəsinin aşkara çıxarılması və bu sənətin ənənələrinin qorunub inkişaf etdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində tələbələr arxetiplərə gedib çıxan fantaziyalarını müasir incəsənətin müxtəlif istiqamətlərində işləmək bacarığı əsasında nümayiş etdirəcəklər. Eksperiment kimi tələbələr tərəfindən Azərbaycanın XIX əsrə aid qismən bərpa edilmiş nəfis xovsuz xalçalarından biri olan sumax xalçası götürülüb.

Sərgi mayın 10-dək davam edəcək.

 





12.04.2018    çap et  çap et