525.Az

Finlandiyalı müşahidəçi: "Məntəqələrdə sərbəst və məhdudiyyətsiz giriş var idi"


 

Finlandiyalı müşahidəçi: "Məntəqələrdə sərbəst və məhdudiyyətsiz giriş var idi"<b style="color:red"></b>

"Prezident seçkiləri beynəlxalq normalara uyğun, şəffaf və ədalətli şəkildə keçib".

Bunu Azərbaycanda prezident seçkilərini izləyən finlandiyalı müşahidəçilər qrupunun nümayəndəsi Yuha Korkeaoya missiyanın müşahidələrinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Finlandiyalı müşahidəçi qeyd edib ki,  Azərbaycanda səsvermə prosesi qanunauyğun şəkildə aparılıb.

O deyib: "Seçki məntəqələrinin yaxınlığında kampaniya aparılmadı. Məntəqələrdə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçki prosesində heç bir kənar müdaxilə qeydə almadıq. Mərkəzi Seçki Komissiyasından 900-ə yaxın beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Seçki prosesinin çoxsaylı müşahidə missiyaları tərəfindən izlənilməsi şəffaflığın artırılmasına öz töhfəsini verib. Səsverməyə start verilməmişdən qabaq heç bir seçki qutusunda bülleten yox idi. Müşahidəçilər seçki qutularına maneəsiz nəzarət edə bilərdi".

C.ABASOV

 





13.04.2018    çap et  çap et