525.Az

Beynəlxalq müşahidəçi: "Seçkilər beynəlxalq standartlara uyğun keçirildi"


 

Beynəlxalq müşahidəçi: "Seçkilər beynəlxalq standartlara uyğun keçirildi"<b style="color:red"></b>

"Aprelin 11-də prezident seçkilərində səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirilib".

Bu sözləri Azərbaycanda prezident seçkilərini izləyən Cənub-Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət Seçki Monitorinq Qrupunun müşahidə missiyasının üzvü Vokşi Albana müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

V.Albana qeyd edib ki, səfər etdikləri seçki məntəqələrində səsvermənin sərbəst şəkildə aparıldığını müşahidə ediblər.

O deyib: "Biz Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GİSDİ) təşkilatının böyük müşahidə missiyasının tərkib hisssəsi olaraq seçkiləri müşahidə etdik. Səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirildi. Qanun pozuntusu hallarına rast gəlmədik. Səsvermə prosesində məntəqələrin daxilində və ya yaxınlığında kənar şəxslərin və polislərin olmasını müşahidə etmədik. Səsvermə ümumilikdə şəffaf keçib. Seçkilər beynəlxalq standartlara uyğun olub".

CEYHUN

 





13.04.2018    çap et  çap et