525.Az

Fransa parlamentinin üzvü: "Seçkilər beynəlxalq standartlara tam cavab verir"


 

Fransa parlamentinin üzvü: "Seçkilər beynəlxalq standartlara tam cavab verir"<b style="color:red"></b>

Fransa parlamentinin müşahidə missiyası prezident seçkilərinin yekunu ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirib.

Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Pyer Alan Rafan bildirib ki, apardıqları müşahidələr zamanı qanun pozuntusuna rast gəlməyiblər: "Seçkilər şəffaf şəkildə keçirildi".

Mərkəzi Seçki Komissiyası tərəfindən ölkə vətəndaşlarının sərbəst şəkildə səs verə bilməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirən P.A.Rafan qeyd edib ki, Azərbaycandakı seçkilərdə kifayət qədər müsbət məqamlar var.

Fransa Senatının fəxri müaşviri Mişel Laflandre isə qeyd edib ki, məntəqələrdə böyük seçici fəallığı müşahidə olunurdu: "Seçkilər beynəlxalq standartlara tam cavab verir".

Fəxri müşavir bildirib ki, səsvermə günü ən çox diqqət çəkən məqam insanlardakı ruh yüksəkliyi olub: "Azərbaycan vətəndaşları fəal şəkildə seçki məntəqələrinə gələrək öz seçimlərini edirdilər. Bu, çox pozitiv məqamdır".

Ceyhun ABASOV

 





13.04.2018    çap et  çap et