525.Az

İtaliyalı müşahidəçi: "Səsvermə günü yüksək seçici fəallığı var idi"


 

İtaliyalı müşahidəçi: "Səsvermə günü yüksək seçici fəallığı var idi"<b style="color:red"></b>

"Seçki məntəqələrində seçicilərin sərbəst və azad səs vermələri üçün lazımi şərait yaradılmışdı. Seçki günü ölkədə gözəl ab-hava var idi".

Bu fikirləri İtaliya müşahidə missiyasının rəhbəri Franko Rossi bildirib.

O deyib ki, səsvermədən əvvəl məntəqələrdəki seçki qutularında heç bir bülleten olmayıb: "Səsvermə zamanı bütün prosedurlar qanunauyğun idi. Seçicilərin iştirakının təsdiqlənməsi üçün onların barmaqlarına xüsusi gözəgörünməz mürəkkəb vurulurdu".

F.Rossi əlavə edib ki, seçki günü yüksək seçici fəallığı müşahidə olunub: "Seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilər üçün evlərində səs vermək imkanı yaradılıb, həmçinin, seçki məntəqələrində əlillər üçün panduslar quraşdırılmışdı. Səsvermə bitdikdən sonra bizə digər müşahidəçilərlə birlikdə səslərin sayılması prosesində iştirak etməyə icazə verildi. Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı. Səfər etdiyimiz məntəqələrin bəzisində ekzit-polların keçirilməsini müşahidə etdik.  Veb-kameraların quraşdırılmasını təqdir edirik. İtaliyalı müşahidəçilər kimi seçkilərin azad və şəffaf keçirilməsindən razılığımızı bildiririk. Seçicilərin heç bir müdaxilə olmadan sərbəst şəkildə səsvermə hüquqlarından istifadə etməsindən məmnunluq duyuruq".

C.ABASOV

 





13.04.2018    çap et  çap et