525.Az

Estoniyalı müşahidəçi: "Seçki prosesində qanun pozuntusu qeydə almadıq"


 

Estoniyalı müşahidəçi: "Seçki prosesində qanun pozuntusu qeydə almadıq"<b style="color:red"></b>

"Seçkilər zamanı heç bir qanun pozuntusu qeydə almadıq. Beynəlxalq müşahidəçilər bütün prosesi sərbəst olaraq izləyə bilirdilər".

Bunu Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Deniss Borodits müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O, 15 seçki məntəqəsində müşahidə apardıqlarını bildirərək deyib: "Bütün məntəqələrdə hər şey qaydasında idi. Proses yüksək səviyyədə təşkil edilmişdi. Tərəfimizdən hər hansı bir qanun pozuntusu aşkarlanmayıb".

Estoniya deputatı İqoq Kravtsenko isə seçici fəallığının yüksək olduğunu qeyd edib. O, seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirib: "Seçkilərdə bütün vətəndaşlar öz hüquqlarından istifadə edərək namizədlərinə sərbəst şəkildə səs verirdilər".

"İnanıram ki, prezident seçkilərindən sonra Azərbaycan-Estoniya əlaqələri daha da inkişaf edəcək", - deyə deputat vurğulayıb.

CEYHUN

 





13.04.2018    çap et  çap et