525.Az

BDU-nun Filologiya fakültəsində Anarın “Ustad dərsi” - Fotolar


 

BDU-nun Filologiya fakültəsində Anarın “Ustad dərsi” - <b style="color:red">Fotolar</b>

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “ustad dərsi” keçirilib.

Tədbirdən əvvəl qonağı qəbul edən universitetin rektoru Abel Məhərrəmov universitetimizin görkəmli məzununun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışıb, BDU-da onun bədii irsinin öyrənilməsinə və tədrisinə həmişə böyük maraq olduğunu qeyd edib.

Sonra “ustad dərsi” başlayıb.

Tədbirdə fakültə dekanı, dosent Elçin Məmmədov, kafedra müdirləri, müəllim və tələbələr iştirak edib. “Ustad dərsi”ndə müəllim və tələbələr adından qonağı salamlayan dekan Elçin Məmmədov Filologiya fakültəsi haqqında, o cümlədən, son illər əldə olunan elmi-pedaqoji nailiyyətlər barəsində məlumat verib.

Ardınca söz yubilyara verilib. O, belə bir görüşü onun bədii yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib, iştirakçılara minnətdarlığını bildirib.

Sonra Xalq yazıçısı müəllim və tələbələrin suallarını cavablandırıb, auditoriya ilə fikirlərini bölüşüb.

Sonda “Söz” Yaradıcılıq Birliyinin rəhbəri, dosent Məti Osmanoğlu tanınmış ədəbiyyat xadiminə öz təşəkkürünü bildirib, böyük tarixi ənənəsi olan Filologiya fakültəsində görkəmli şair və yazıçılarla belə görüşlərin mütəmadi təşkil olunmasının zəruriliyini vurğulayıb.

 





13.04.2018    çap et  çap et