525.Az

Rusiya vətəndaşı Azərbaycanda kapitalı 500 min dollarlıq şirkət yaradıb


 

Rusiya vətəndaşı Azərbaycanda kapitalı 500 min dollarlıq şirkət yaradıb<b style="color:red"></b>

“İBM Caspian” MMC dövlət qeydiyyatına alınıb. 

“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 500 min dollardır. 

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami ev. 90A-da yerləşir. 

Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı olan Briukov İgordur. 

MMC bu ilin 13 fevral tarixində dövlət qeydiyyatına alınıb.

 





13.04.2018    çap et  çap et