525.Az

Rafiq Əzimovun həyat yolu "Ömrün sənət naxışları"nda


 

Rafiq Əzimovun həyat yolu "Ömrün sənət naxışları"nda<b style="color:red"></b>

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Ömrün sənət naxışları" sənədli televiziya filminin istehsalını başa çatdırıb.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filmdə Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunub. Ekran işi onun iştirak etdiyi tamaşalardan və çəkildiyi kinofilmlərdən epizodlarla zəngindir.

Filmin ssenari müəllifi Salar Aslanov, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

 





13.04.2018    çap et  çap et