525.Az

Kann festivalı İran filmi ilə açılacaq


 

Kann festivalı İran filmi ilə açılacaq<b style="color:red"></b>

71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin "Hamı bilir" filmi ilə açılacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, film mayın 8-də "Lümyerlərin teatrı"nda nümayiş olunacaq.
İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.

"Hamı bilir" filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur.

 





13.04.2018    çap et  çap et