525.Az

Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan etdi


 

Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan etdi<b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə aktyorluq sənəti, (azərbaycan və rus bölməsi), orkestr ifaçılığı, rəqs sənəti üzrə elan olunub.  

Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər. 

Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.  

İşə qəbul üçün şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış), əmək kitabçasının surəti, tərcümeyi-hal, yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən), 2 fotoşəkil (3x4), fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri tələb olunur.

 





13.04.2018    çap et  çap et