525.Az

Makron Putinlə Suriya məsələsini müzakirə etdi


 

Makron Putinlə Suriya məsələsini müzakirə etdi<b style="color:red"></b>

Fransa və Rusiya dövlət başçıları arasında telefon danışığı olub. 

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Emmanuel Makron və Vladimir Putin Suriya məsələsini müzakirə ediblər. 

Makron Suriyada vəziyyətin pisləşdiyini vurğulayaraq bölgədə sülh üçün Rusiya ilə dialoqa hazır olduqlarını deyib. 

Fransa dövlət başçısı Suriyada sülh və sabitliyin bərqərar edilməsi üçün Rusiya ilə dialoqun davam etdirilməsinin zəruriliyini qeyd edib.

 





13.04.2018    çap et  çap et