525.Az

Braziliyada Venesuela ilə sərhədi bağlamaq təklif edildi


 

Braziliyada Venesuela ilə sərhədi bağlamaq təklif edildi <b style="color:red"></b>

Braziliyanın Rorayma ştatının hökuməti miqrant axını səbəbindən Venesuela ilə sərhədlərin  bağlanılmasını təklif edib. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ştatın qubernatoru Sueli Kampos məsələ ilə bağlı Braziliya Ali Məhkəməsinə müraciət edib. 

“Minlərlə məcburi köçkünün problemləri həll edilməyənədək sərhəd müvəqqəti bağlanmalıdır. Hazırda Rorayma ştatında venesuelalı miqrantların sayı 50 minə yaxındır”, deyə S.Kampos qeyd  edib. 

Qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, son dörd il ərzində 4 milyondan çox Venesuela vətəndaşı ölkəni tərk edib. Miqrantlar əsasən Braziliya, Kolumbiya və Panamaya üz tutur, bəziləri Ekvador, Peru, Çili, Argentina, ABŞ, Meksika və Kosta-Rikaya üstünlük verir. 

Qeyd edək ki, son illər Venesuela ərzaq mallarının qıtlığı, yüksək inflyasiya, neft gəlirlərinin azalmasından əziyyət çəkir. Ölkədə mütəmadi olaraq prezident Nikolas Maduronun apardığı siyasətə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

 





14.04.2018    çap et  çap et