525.Az

ATƏT DTİHB-nin məqsədyönlü müşahidəçi turistləri


 

 ATƏT DTİHB-nin məqsədyönlü müşahidəçi turistləri<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycanda seçki prosesini 894 beynəlxalq müşahidəçi izlədi.

Onların içərisində AŞ PA-dan, MDB-dən, TÜRKPA, Türk Şurasıvə digər çoxsaylı qurumlardan, eləcə də ayrı-ayrı dövlətlərin parlamentlərindən gələn müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda növbəti addım kimi dəyərləndirdilər, seçkilərin şəffaf və obyektiv keçirildiyini vurğuladılar. Təəssüf ki, Bakıya fərqli məqsədlər üçün gələnlər də oldu. Yəni, əvvəlki seçkilərdə olduğu kimi yenə də ATƏT DTİHB timsalında fərqli yanaşmanın şahidi olduq. Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya yenə də ATƏT DTİHB yenə də əvvəlki mövqeyindən əl çəkmədi, öz dırnaqarası ən-ənəsinə sadiq qaldı.

ATƏT DTİHB-in seçkilərlə bağlı verdiyi rəy və ortaya qoyduğu mövqedə qeyri-obyektiv yanaşmanın olduğu məlumdur. Etik kodeksi pozduqları halda bizim hər zaman obyektiv olduqlarına güvəndiyimizbəzi xarici müşahidəçilər şəxsə yönəlik fikirlər bildirdilər. Məlumdur ki, müşahidəçi yalnız ümumi vəziyyəti dəyərləndirə bilər.  Digər maraqlı məqam isə ondan ibarətdir ki, bu müşahidəçilərin əvvəlcədən hazırladığı bir bəyanat olub. Ümumiyyətlə onlar indiyə qədər Azərbaycanda keçirilən bütün seçkilərə hazır və qərəzli hesabatla gəliblər. Buradan da aydın olur ki, onlar üçün şəffaflığın nə dərəcədə düzgün olması, bu kimi məsələləri olduğu kimi təqdim etmək maraqlı olmayıb.     

Bir şeyi də qeyd edim  ki, bizim ölkə olaraq bunu kiməsə sübut etmək kimi bir məcburiyyətimiz yoxdur. Sadəcə demoktratiyanın olduğunu, azad seçimin olduğunu bildirmək istədik.

Qeyd edilən iddialardan birində qeyd edilir ki, Seçki qutularına çoxlu bülleten atılıb.156 məntəqədə olan seçki göstəriclərinin nəticələrində problem olduğu göstərilsə də, bunun faiz olaraq azlıq təşkil etməsi onların ümumiyyətlə xalqın adından danışması birmənalı qəbul olunmur. Çünki seçkilər keçirilən 5641 məntəqənin hamısının nəticələrinə kölgə salınır. Bu hal baş vermiş olsa belə göstərilən faiz göstəricisinə əsasən qeyd etmək olar ki, nəticəyə təsir etməyib. Seçki nəticələrindən məlum olan faiz göstəricilərindən bu məlumdur. 

Digər iddialardan biri isə vaxt azlığının olmasıdır. Nəzərə alsaq ki, bir neçə gün ayrılmış olsaydı onda da gecə səsvermə qutularının dəyişdirildiyi fikri səsləndiriləcəkdi. İnsan hansısa fikri səsləndirmək, dezinformasiya yaymaq istəyərsə onu edər. Nəticə, əsas olan, göz önündə olan onun üçün maraqlı olmaz. Və göründüyü kimi bəyanatı əvvəlcədən hazırladıqları üçün doğru punktlar qeyd edilməyib.

Növbəti iddiada qeyd edilir ki, "Hazırda vəzifədə olan prezidentin lehinə hakim partiyanın təşkil etdiyi təşviqat tədbirləri yaxşı təşkil edildi və təmin olundu. Prezident təşviqat kampaniyasında iştirak etməsə də, ölkə üzrə səfərlər edib və bir çox yüksək səviyyəli xarici rəsmiləri qəbul edib. Digər 7 namizədin təşviqat kampaniyası məhdud oldu və regional struktur və resursların olmaması ilə əngəlləndi". Ölkədə partiyaların hər birinə şəffaf mühitin yaradıldığını, həmçinin partiyaların efir vaxtından, regionlardakı təbliğat-təşviqat kampaniyalarından və digər imkanlardan, hüquqlardan  ən azı ölkə prezidenti qədər  yararlandığının şahidi olduq. Prezidentliyə namizədlərin İTV-də baş tutan debat üçün efir saatlarında onların səsləndirdiyi fikirlər kəsilmədi, onlara  qarşı heç bir təzyiq olmadı. Bu da iddianın əsassız olduğunun daha bir sübutu. Azərbaycandakı Vətəndaş Cəmiyyəti İnstitutları, çoxlu sayda yerli müşahidəçilər, QHT-lərdə müraciət əsasında müşahidəçi statusunda təmsil olunub. 

Təəssüf ki, məqsədyönlü şəkildə gələn müşahidəçilər öz müşahidəçi missiyasi ilə deyil, turistik fəaliyyəti ilə məşğul oldular. Çünki onlar əllərində hazır bəyannamə ilə gəlmişdilər.

Seçiləcək tək namizədin olduğu xalqa məlum idi və xalq öz iradəsi ilə seçimini etdi. Sonradan səsləndirilən əsassız, heç bir məntiqə sığmayan fikirlərin əvvəlcədən hazırlanan bəyanat olduğu bizə məlumdur. Qısası, onların məqsədləri seçkiləri qiymətləndirmək deyildi, kimlərinsə sifarişini yerinə yetirmək, seçkilərin şəffaf keçirilməsinə kölgə salmaq idi

MirHəsən SEYİDOV
"İrəli" İctimai Birliyinin sədri

 





14.04.2018    çap et  çap et