525.Az

Almaniya və Fransadan Suriya üzrə danışıqlarda yeni format təklifi


 

Almaniya və Fransadan Suriya üzrə danışıqlarda yeni format təklifi<b style="color:red"></b>

Almaniya və Fransa Suriya üzrə danışıqlarda münaqişənin nizamlanmasını təmin edə biləcək  nüfuzlu dövlətlərdən ibarət yeni formatın yaradılmasını təklif ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN rəhbəri Hayko Maas bildirib.    

“Fransa ilə birlikdə siyasi prosesə yeni qüvvə verə biləcək nüfuzlu dövlətlərdən ibarət beynəlxalq formatın yaradılması ilə məşğul olacağıq”, - deyə Maas Berlində jurnalistlərə bildirib.   

“Cenevrə, Astana və Soçidəki danışıqlar münaqişənin siyasi nizamlanmasını yaxınlaşdıra bilmədi”, - deyə nazir əlavə edib. 

 





15.04.2018    çap et  çap et