525.Az

ABŞ Suriyaya dair danışıqların başa çatdığını bəyan etdi


 

ABŞ Suriyaya dair danışıqların başa çatdığını bəyan etdi<b style="color:red"></b>

Suriyadakı vəziyyətlə əlaqədar danışıqlara ayrılan vaxt başa çatıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. 

“Danışıqlar üçün vaxt başa çatdı, hərəkətə keçmək gərəkdir. Və bu ötən gecə baş tuttdu”, - deyə Heyli əlavə edib. 

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-ın Suriyada “missiyasını yerinə yetirdiyini” bəyan edib. 

ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket  buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.

 





15.04.2018    çap et  çap et