525.Az

“PSJ” vaxtından əvvəl ölkə çempionluğunu qazandı


 

“PSJ” vaxtından əvvəl ölkə çempionluğunu qazandı<b style="color:red"></b>

Parisin “PSJ” futbol klubu Fransa çempionatının başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib. 

APA-nın məlumatına görə, parislilər 33-cü turda ikinci pillədə qərarlaşan “Monako”-nu 7:1 hesabı ilə darmadağın ediblər. 

87 xal toplayan “PSJ”  “Monako” ilə fərqi  17 xala çatdırıb.

Beləliklə, "PSJ" tarixində 7-ci dəfə Fransa çempionu olub.

 





16.04.2018    çap et  çap et